KONFRANSIN MƏQSƏDİ

Konfransın əsas məqsədi milli təhsil sistemimizin keçmiş olduğu inkişaf yolunun öyrənilməsi, təhsilin inkişaf dinamikasının mərhələli şəkildə təhlil olunması, Azərbaycanda məktəb və pedaqoji fikrin inkişaf tarixinin öyrənilməsi, ölkəmizdə ali, ortaixtisas, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin tədqiq və təhlil olunması, təhsil sistemində kurikulum və boloniya təhsil sisteminin tətbiqinin vəziyyəti, maarifçi hərəkatın öyrənilməsi, təhsilin keyfiyyətinin artırılması, yeni informasiya mədəniyyətinin formalaşdırılması, vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirilməsi, təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil məkanına inteqrasiyasının təmin edilməsi, vahid təhsil-informasiya sisteminin yaradılması, informasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi, milli elektron dərsliklərin hazırlanması və onların tədris prosesində tətbiqi, ənənəvi dərs vəsaitləri ilə inteqrasiyası, habelə köməkçi metodiki vasitələrin hazırlanması, keyfiyyətin təmin edilməsi, tədris məqsədli informasiya texnologiyaları vasitələrinin standartlaşdırılması və sertifikasiyası, təhsilin idarə edilməsi üzrə İKT-yə əsaslanan effektiv və şəffaf monitorinq sisteminin, resurs mərkəzinin yaradılması, təhsil ocaqları üçün pedaqoji və İKT kadrlarının hazırlanması sisteminin yaradılması, onlara tədris prosesində ən yeni informasiya texnologiyalarından istifadə etmək bacarığının aşılanması, tədris prosesinin bütün iştirakçıları üçün İKT bacarıqlarına yiyələnmək imkanının yaradılması, təhsil müəssisələrinin müasir İKT avadanlığı və İnternet şəbəkəsi ilə təmin olunması, İKT sahəsi üzrə terminologiyanın işlənib hazırlanması və onun vahid standart kimi tətbiq olunması, təhsilin informasiyalaşdırılması prosesinin elmi təminatının və informasiya texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması, təhsil sahəsində dövlət idarəçiliyi və tənzimləmə sisteminin vahid informasiya infrastrukturunun yaradılması, informasiya təhlükəsizliyinin təmin olunması, təhsilin gələcək inkişaf perspektivlərinə təhlükə doğuran halların aradan qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi yollarının müəyyənləşdirilməsi, təhsilin 5.0-a keçidin sürətləndirilməsi, inklüziv təhsilin inkişaf etdirilməsi, STEAM təhsilin səmərəliliyinin öyrənilməsi, təhsildə yeni təlim texnologiyalarının tətbiqinin səmərəliliyi, təhsildə süni intellektdən istifadənin üsul və yollarının müəyyənləşdirilməsidir.